Marşall adaları

coğ. Marshall m

Marşal
marşallıq
OBASTAN VİKİ
Marşall adaları
Marşall Adaları Respublikası — 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir. Onlardan yalnız 20-də yaşayış vardır. Arxipelağın ümumi sahəsi 181 km². Əhalinin sayı-təxminən 59 min nəfərdir (2015-ci il). Paytaxtı — 20 minlik Macuro şəhəridir. == Tarixi == ABŞ ilə assosiasiya edilmiş dövlətçiliyə malikdir. 1990-cı ildə BMT-yə üzv olub.
Marşall adaları himni
Əbədi olaraq Marşall adaları — Marşall adalarının dövlət himnidir. Sözlərinin müəllifi və bəstəkarı keçmiş prezident Amata Kabuadır. 1991-ci ildə təsdiq olunub. == İngiliscə sözləri == My island (heart) lies o'er the ocean; Like a wreath of flowers upon the sea; With a (the) light of Maker from far above; Shining the with the brilliance of rays of life; Our Father's wondrous creation; Bequeathed to us, our Motherland; I'll never leave my dear home sweet home; God of our forefathers protect and bless forever Marshall Islands. == Marşallca sözləri == marş. Aelōn̄ eo ao ion lometo; Einwot wut ko lōti ion dren elae; Kin meram in Mekar jen ijo ilan̄; Erreo an romak ioir kin meram in mour; Eltan pein Anij eweleo im wōj; Kejolit kij kin ijin jikir emol; Ijjamin Ilok jen in aō lemoran; Anij an ro jemem wonakke im kejrammon Aelin̄ kein am. == Azərbaycanca tərcüməsi == Mənim adam (ürəyim) okean üzərində yerləşir; Dəniz üzərində gül əklili kimi; Çox yuxarıdan yaradıcısının bir işığı ilə; Həyat şüalarının parıltısı ilə parıldayır; Bizim Atamızın dizayn möcüzəsi; Bizə miras qalan, bizim Anavətən; Mən əziz evimi şirin evimi heç vaxt tərk etməməyəcəyəm; Bizim ata-babalarımızın Allahı əbədi olaraq Marşall adalarını qoru və bərəkətli et.
Alfred Marşall
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. == Həyatı == 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı.
Berri Marşall
Berri Marşall — avstraliya alimi, 2005-ci ildə həmyerlisi Robin Uorrenlə birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Corc Marşall
Corc Ketlet Marşall (31 dekabr 1880[…] – 16 oktyabr 1959[…], Vaşinqton) — Amerika əsgəri və dövlət xadimi. Prezidentlər Franklin Delano Ruzvelt və Harri Trumenin yanında Baş qərargah rəisi olmaq üçün Birləşmiş Ştatlar Ordusundan keçdi, sonra Trumenin yanında ABŞ dövlət katibi və Müdafiə katibi vəzifələrini tutdu. Vinston Çörçill Marşallı İkinci Dünya Müharibəsindəki Müttəfiq qələbəsinə rəhbərliyi üçün "qələbənin təşkilatçısı" olaraq təriflədi, baxmayaraq ki, Marşall sonuncu liderlik mövqeyindən imtina etdi, daha sonra ABŞ prezidenti olan Duayt Eyzenhauerin köməkçisi olaraq getdi. Müharibədən sonra, dövlət katibi olaraq, Marşall ABŞ-nin müharibədən sonra Qərbi Avropa dövlətlərinin bərpası üçün əhəmiyyətli olan iqtisadi və siyasi öhdəliyi müdafiə etdi, o cümlədən onun adını daşıyan Marşall Planını hazırladı. Bu işin tanınması ilə, 1953-cü ildə Nobel sülh mükafatına layiq görüldü. Yuniontaun, Pensilvaniya ştatında anadan olan Marşall, 1901-ci ildə Virciniya Hərbi İnstitutunu (VMI) bitirib. Virciniyadakı, Danville Hərbi Akademiyasında tələbələrin komendantı olaraq qısa müddətə xidmət etdikdən sonra, Marşall, 1902-ci ilin fevralında ikinci piyada leytenantı oldu. İspan-ABŞ müharibəsindən sonrakı illərdə, ABŞ-də və xaricdə artan rütbə və məsuliyyət vəzifələrində xidmət etmiş, o cümlədən Filippin-Amerika müharibəsi zamanı Filippində taqım komandiri və rota komandiri vəzifələrində çalışmışdır. 1907-ci ildə piyada-süvari məktəbi kursunun fəxri məzunu,1908-ci ildə ordu heyəti kolleci sinifinin ilk məzunu oldu. 1916-cı ildə Marşal Franklin Bellə adyudant, Qərb cəbhəsinin komandiri təyin edildi.
Marşall dili
Marşall dili (Marşallca: Kajin M̧ajeļ və ya köhnə orfoqrafiya ilə Kajin Majõl [1] Arxivləşdirilib 2010-11-22 at the Wayback Machine) Malay-Polineziya dillərinə aid olan və Marşall adalarında danışılan dildir. İki əsas dialekti var: Ralik (qərbi) və Ratak (şərqi).
Marşall sarılıqotu
Marşall sarılıqotu (lat. Erysimum marschallianum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Qarri Marşall
Garry Kent Masciarelli (ing. Garry Marshall; 13 noyabr 1934) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Con Marşall
Con Marşall (ing. John Marshall; 24 sentyabr 1755[…], Cermantaun[d], Virciniya – 6 iyul 1835[…], Filadelfiya, Pensilvaniya) — ABŞ dövlət katibi, vəkil və 1801—1835-ci illərdə ABŞ-nin 4-cü Baş hakimi vəzifəsində xidmət etmiş qurucu ata. ABŞ Ali Məhkəməsinin tarixində ən uzun müddət vəzifədə olmuş Baş hakim olmuşdur. Marşall məhkəmədə işləməzdən əvvəl qısa müddət Prezident Con Adamsın dövründə ABŞ-nin xarici işlər naziri olmuşdur.
Marşall Obrian Mozes
Dünya adaları
Dünya adaları (ərəb. جزر العالم‎) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur. The World layihəsinin təşəbbüskarı Nakheel şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum olmuşdur. Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür. == Təsviri == Arxipelaqın sahəsi 55 km² təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur.
Fici adaları
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. == Coğrafiyası == Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. == Ərazisi == Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. == Əhalisi == Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. == Turizm == Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Firnley adaları
Firnley adaları — Rusiyanın Krasnoyarsk diyarı ərazisində, Kara dənizinin şərqində yerləşən arxiprlaq. Materikdən 30 km məsafədə yerləşir. Dörd bir xət üzrə uzanır. Onlar arasında 1,5–3 km məsafə vardır. Adalar Fritof Nansen tərəfindən təşkil edilən Norveç Qütb ekspedisiyası zamanı kəşf edilmişdir.
Flanan adaları
Flanan adası (ing. Flannan Isles) - Şotlandiyanın ərazisinə daxil olan arxipelaq. Digər bir adı Yeddi ovçu adasıdır. Adalar Şotlandiya sahillərindən 32 km (20 mil) məsafədə yerləşir. Flanan adaları VII əsrdə yaşamış irland din xadimi və abbatı Müqəddəs Flananın şərəfinə adlandırımışdır. 56 hektar ərazisi olan ada da eyni adlı mayak yerləşir. 1899-cu ildə inşa olunan və 1971-ci ilə qədər istifadə edilən Flanan mayakında 1900-cu ildə baş vermiş mistik hadisədən sonra Flanan adasının məşhurluğu artmışdır. Ərazidən keçən yük gəmilərinə yol göstərmək vəzifəsini icra edən üç mayak işçisi 1900-cu ilin dekabr ayında mistik şəkildə itkin düşmüşdür. Həmin tarixdən etibarən mayakçıların heç bir izinə rast gəlinmədi. Məşhur hadisədən 71 il sonra da fəaliyyət göstərən mayakın istifadəsi 1971-ci ildə dayandırılmışdır.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Folklend adaları
Folklend adaları — Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi. İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir, Şərqi Folklend adasındadır. == Tarix == Argentina uzun zamandır ki, Malvin adaları adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır. Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər.
Habibas adaları
Habibas adaları (ərəb. حبيباص‎, fr. Îles Habibas) Əlcəzair sahilindən 12 km aralıda yerləşir. Arxipelaqa daxil olan əsas adanın uzunluğu 1,3 km-dir. Adanın ümumi sahəsi 40 ha-dır. Maksimal hündürlüyü 105 metrdir. Adalar vulkanik mənşəllidir. Habibas adaları Bu-Zecar əyalətinin Ayn-Temuşet vilayətinə daxildir. Adalarda yaşayış məntəqəsi olmasa belə, burada priçal, mayak (1879-cu ildə inşa edilmiş) və bir neçə bina vardır. Adalar İl-Habibas dəniz təbiət parkına daxildir.
Heyberq adaları
Heyberq adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadası ilə Şimal Torpağı arasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaqa 4 elədə böyük olmayan ada daxildir: Severnıy, Zapadnıy, Srednıy və Vostoçnıy. Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar Frityof Nansen tərəfindən kəşf edilir və Norveç Fram qütb ekspedisiyasını maliyyələşdirən Aksel Heyberqin şərəfinə adlandırılır. == Tarixi == 1940-cı ildə arxipelaqda Şimal Dəmiz yolunda naviqasiyanı təmin etmək məqsədilə qütb stansiyası quraşdırılmışdır.
Kalamian adaları
Kalamian adaları (taqal Calamian) — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus adalar qrupu. == Coğrafiyası == Adalar qrupuna 128 ada daxildir. Adaların ümumi sahəsi 1753 km²-dir. Mindoro və Palavan adalrı arasında yerləşir. Ən iri adaları — Busuanqa, Kunlon, Koron. adaların relyefi dağlıqdır. Tropik meşələrlə örtülüdür. == Əhalisi == Adalar 4 inzibati vahidliyə bölünüe və burada 98 022 nəfər yaşayır. Busuanqa (Busuanga) — 21 358 nəf. Koron (Coron) — 42 941 nəf.
Kamennıe adaları
Kamennıe adaları — Kara dənizində yerləşən və 4 adanı özündə birləşdirən arxipelaq. Adalar Pyasin körfəzində, Sibir sahillərindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Arxipelaqın tərkibinə daxil olan adalar. Qərbi Kamennıe adası, dairəvi formalıdır, diametri 8,5 km-dir, ən hündür nöqtəsi — 159 m. Şərqi Kamennıe adası, ən iri adasıdır, 17 km uzunluğa və 9 km enə malikdir, ən hündür nöqtəsi — 46 m. Rastorquev adası, uzunsov formaya malik olan ada, ən hündür nöqtəsi — 132 m. Morjov adası, arxipelaqın ən kiçik adasıdır, diametri 4 km-dir, ən hündür nöqtəsi −80 m. Adalar materikdən Kuroçkin boğazı ilə ayrılır. Materikə ən yaxın ada Morjov adasıdır.
Kayman adaları
Kayman Adaları və ya həmçinin Kaymanova adaları (ing. Cayman Islands) — Kayman adalarında yerləşən Karib dənizinin Vest-Hindistanın Böyük Britaniyanın dəniz əraziləri. Rəsmi adı — Kayman adası (KY, CYM). == Coğrafiya == Kayman adaları Yamaykadan 290 km şimal-qərbdə yerləşir. Üç adanın (Böyük Kayman, Kiçik Kayman və Kayman-Brak) ümumi sahəsi — 260 km². == Hökumət == Ölkənin hazırkı baş naziri — Olden Mak-Loflin (V.2013 etibarən) == Demoqrafiya == 1970-ci ildə keçirilmiş siyahıyaalmaya görə Kayman adalarında 10 068 sakin yaşayırdı; 2010-cu ildəki siyahıyaalmada əhalinin sayı artıq 55 036 nəfərə gəlib çatdı.2015-ci ilin ehtimalına görə, burada 57 minlik əhali var. == Dil == Ölkənin həm rəsmi, həm də danışıq dili — ingilis dilidir.
Kazan adaları
Kazan adaları (yap. 火山列島) və ya İvo adaları — üç adadan ibarət olan adalar qrupu. Bonin adalarının cənubunda yerləşir. Oqasavara adaları ilə Marian adaları arasında qərarlaşan adalar Tokiodan 2000 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturası ərazisində yerləşir. == Coğrafiya == Vulkanik adalardır. Kazan adaları üç adadan ibarətdir: Şimali İoto (yap. 北硫黄島) "Şimal şimal ada" — sahəsi 5,57 km², hündürlüyü 792 m (Sakaqiqamine dağı) İoto (yap. 硫黄島) "Şimal ada" — sahəsi 20,6 km², hündürlüyü 169 m (Suribati dağı) Cənubi İoto (yap. 南硫黄島) "Şimal cənub ada" — sahəsi 3,54 km², hündürlüyü 916 m İotoda Yaponiyanın özünümüdafiə dəniz qüvvələrinə məxsus avia baza yerləşir.
Kempbell adaları
Kempbell adaları (ing. Campbell) — Vulkan məşəlli adalar Sakit okeanın cənubunda yerləşir. Yeni Zelandiyanın Cənub adasından 600 km cənubda qərar tutur. Kempbell adası UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adaların ümumi sahəsi — 113,31 km² təşkil edir. Kempbell adası (Campbell Island) (52°32,40′ c. e. 169°8,70′ ş. u.) 112.68 km² Dent adası (Dent Island) (52°31,15′ c. e. 169°3,75′ ş.
Kerama adaları
Kerama adaları (yap. 慶良間諸島) — 22 adadan ibarət olan arxipelaq Okinava adasından cənub-qərbdə yerləşir == Coğrafiya == Dörd adada daimi yaşayış vardır: Tokasikicima (yap. 渡嘉敷島, Camamicima (yap. 座間味島, Akacima (yap. 阿嘉島, Qerumacima (yap. 慶留間島) Adalar Simaciri dairəsinə daxildir. == Tarixi == 26 mart 1945 ildə İkinci dünya müharibəsinin tərkibi olan Okinava döyüşünün başlamasın bir necə gün qalmış ABŞ adalara 77-ci piyada diviziyasını yerləşdirmişdir. Adalarda döyüş 5 gün davam etmişdir. Adlar işğa edildikdən sonra Okinava adasına hücumlar məhz buradan başlamışdır. == Maraqlı fakt == Akacima və Camamicima adalarında bir-birinə bağlı olan Merilin və Siro itlərinin həyatı bir çox insanları maraqlandırır.
Komandor adaları
Komandor adaları (rus. Командорские острова) — Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kamçatka diyarının Aleut rayonu ərazisində yerləşir. Arxipelaq onu ilk dəfə 1741-ci ildə kəşf etmiş Vitus Berinqin ekspedisiyasının gəmisi şərəfinə adlandırılmışdır. Arxipelaqın ən iri adası Berinq adasıdır. Adada Berinqin qəbri yerləşir. Şimal turizminin inkişafına geniş imkanlar vardır. == Tarixi == Adalara ilk ayaq basanlar 1741-ci ildə İkinci Kamçatka ekspedisiyası zamanı olmuşlar. Hətta onların gəmisi Berinq adası yaxınlığında qəzaya uğramışdır. Mednı adası isə Yemelyan Basov tərəfinfən aşkarlanmışdır.